Pezeşkian: "Nə müharibə, nə də sülh" vəziyyətindən çıxmalıyıq

Region
  • 22 noyabr, 2026
  • 15:52
Pezeşkian: Nə müharibə, nə də sülh vəziyyətindən çıxmalıyıq

İran "nə müharibə, nə də sülh" vəziyyətindən ən qısa zamanda çıxmalıdır.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, "nə müharibə, nə də sülh" vəziyyətində qalmaq zərərlidir və qeyri-müəyyənlik yaradır.

Prezident qeyd edib ki, İranın yerləşdiyi coğrafiya mineral sərvətlər və qızıl dəyərində ehtiyatlarla zəngindir. Onun fikrincə, mövcud vəziyyətin taleyinə məntiqli şəkildə aydınlıq gətirilməsi bir çox problemin həllinə imkan verə bilər.

Pezeşkian vurğulayıb ki, düşmənlər (ABŞ ilə İsrail-red.) istehsal zəncirini pozmaqla ölkədə işsizliyin, digər problemlərin və narazılıqların artmasına çalışırlar.

O əlavə edib ki, istehlak modelində islahatların aparılması İran xalqının bu cəhdlərə qarşı dayanmasına və düşmənlərin planlarının puça çıxmasına səbəb olacaq.