Pezeşkian: ABŞ İranın təslim olmasını istəyir

Region
  • 20 aprel, 2026
  • 20:06
Pezeşkian: ABŞ İranın təslim olmasını istəyir

İran ABŞ hökumətinə güvənmir.

"Report" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.

"Öhdəliklərə sadiqlik istənilən dialoqa haqq qazandıran məntiqdir", - o bildirib və əlavə edib ki, İranda ABŞ hökumətinin əvvəlki addımlarına qarşı dərin kök salmış tarixi etimadsızlıqdan əlavə, Amerika rəsmilərinin son günlərdəki qeyri-konstruktiv və ziddiyyətli yanaşması özündə acı bir mesaj daşıyır:

"Onlar İranın təslim olmasını tələb edirlər, İran xalqı isə təzyiqə baş əymir".