"Bavariya"nın futbolçusu növbəti dəfə nevroloji pozğunluq tutması keçirib

Futbol
  • 22 noyabr, 2026
  • 20:50
Bavariyanın futbolçusu növbəti dəfə nevroloji pozğunluq tutması keçirib

Almaniyanın "Bavariya" klubunun və milli komandasının futbolçusu Camal Musiala növbəti dəfə nevroloji pozğunluq tutması ilə üzləşib.

"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 16-da məşq zamanı baş verib. Lakin futbolçu artıq ertəsi gün heç bir məhdudiyyət olmadan məşqlərə qayıdıb. O, cümə günü Almaniya çempionatının "Köln"lə oyununda (1:1) meydana çıxıb.

Xatırladaq ki, Musiala ötən yay "Bavariya"nın yoldaşlıq görüşlərində – "Haydenhaym" (4:2) və "Leypsiq"lə (3:1) matçlarda iki dəfə huşunu itirib. Daha sonra futbolçu vaxtaşırı nevroloji pozğunluq tutmalarından əziyyət çəkdiyini açıqlayıb.

23 yaşlı Musiala 2020-ci ildən "Bavariya"da çıxış edir. O, komandanın heyətində altı dəfə Almaniya çempionu olub, ölkə kubokunu, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.

Almaniya millisinin heyətində isə 46 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.

44 filmi