Peskov Rusiya səfirliyinin yanında baş verən partlayışa münasibət bildirib

Region
  • 05 sentyabr, 2022
  • 09:41
Peskov Rusiya səfirliyinin yanında baş verən partlayışa münasibət bildirib

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Əfqanıstanın paytaxtı Kabildə, Rusiya səfirliyinin yaxınlığında baş verən partlayışa münasibət bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə danışıb.

“Biz bu hadisəni pisləyirik. Əlbəttə, söhbət terror aktından gedir”, - D.Peskov söyləyib.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi partlayış nəticəsində səfirliyinin 2 əməkdaşının öldüyünü açıqlamışdı.