Peskov: Putin, Tramp və Si Cinpinin görüşünün bir hissəsi mediaya açıq olacaq

Region
  • 17 noyabr, 2026
  • 02:15
Peskov: Putin, Tramp və Si Cinpinin görüşünün bir hissəsi mediaya açıq olacaq

Rusiya Prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Çin Sədri Si Cinpin arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) sammitində keçiriləcək görüşün bir hissəsi media üçün açıq olacaq.

"Report"un Rusiya mediasına istinadən məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, müasir dünyada analoqu olmayan çox vacib bir görüşdür", - Kremlin nümayəndəsi vurğulayıb.

O əlavə edib ki, üçtərəfli görüşün əsas mövzuları artıq razılaşdırılıb. "Biz tələsməyəcəyik. Bəzi şeylər irəlilədikcə improvizə olunacaq", - Peskov dəqiqləşdirilib.

Onun sözlərinə görə, Putin və Tramp arasında ikitərəfli görüşün dəqiq vaxtı hələ müəyyən edilməyib. Bir neçə variant nəzərdən keçirilir.

APEC sammiti 18-19 noyabrda Çinin Şençjen şəhərində keçiriləcək. Donald Tramp bildirib ki, üçtərəfli görüşdə tərəflər Rusiya-Ukrayna münaqişəsi, İran məsələsi və nüvəsizləşdirmə ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

44 filmi