Peskov: "Putin pandemiya dövründə bir dəfə də olsun koronavirusa yoluxmayıb"

Region
  • 21 yanvar, 2022
  • 12:08
Peskov: Putin pandemiya dövründə bir dəfə də olsun koronavirusa yoluxmayıb

Rusiya Prezidenti Vladimir Putin pandemiya dövründə heç vaxt koronavirusa yoluxmayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Rusiya Prezidentini əhatə edənlər arasında onlarla əməkdaş COVID-19-a yoluxmuşdu. Onda Vladimir Putin özünütəcrid rejiminə keçmişdi.