İran Prezidenti: Müharibə etmək istəmirik
- 19 fevral, 2026
- 02:51
İran ABŞ ilə müharibə etmək istəmir.
"Report" IRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Biz müharibə etmək istəmirik. Hesab edirəm ki, müharibəni kənara qoymalıyıq. Lakin əgər güc tətbiq olunsa, biz təslim olmayacağıq", - o deyib.
M.Pezeşkian ölkənin daxili məsələlərinə də münasibət bildirib. O, qeyd edib ki, İranın bir sıra bölgələrində problemlər - ədalətsizliklər mövcuddur. Lakin hakimiyyət problemləri aradan qaldırmağa çalışır: "Əlbəttə, bunlar bir gecədə həll edilə biləcək problemlər deyil".
O, həmçinin İran cəmiyyətinin böyük təzyiq altında olduğunu və buna görə də "yaralı" olduğunu bildirib. Prezident əlavə edib ki, ziyalılar, sosioloqlar, sahibkarlar, dini liderlər və cəmiyyətdəki digər aparıcı ictimai xadimlər bu təzyiqi azaltmaq üçün birlikdə çalışmalıdırlar.