​Pentaqon: "Türkiyənin hava sərhədi təsadüfən pozulmayıb"

Region
  • 05 oktyabr, 2015
  • 13:06
​Pentaqon: Türkiyənin hava sərhədi təsadüfən pozulmayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyənin hava sərhədinin pozulması təsadüfi deyil.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin hava sərhədinin pozulması ilə bağlı açıqlamasında ABŞ-ın Müdafiə Nazirliyi bildirib.

Pentaqon onu da vurğulayıb ki, Rusiyanın Türkiyənin hava məkanına  girməsi məsələsini Ankara ilə məsləhətləşir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin hava məkanını səhvən pozduqlarını bildirib.