Paşinyanı mitinqdə çıxış edən zaman cərəyan vurub - VİDEO

Region
  • 02 dekabr, 2018
  • 17:10
Paşinyanı mitinqdə çıxış edən zaman cərəyan vurub - VİDEO

Bakı. 2 dekabr. REPORT.AZ/ Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyan kuryoz vəziyyətə düşüb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, parlament seçkilərində iştirak edəcək "Mənim addımım" blokunun liderini Sünik vilayətinin Kacaran şəhərində təşviqat kampaniyası zamanı cərəyan vurub.

Videogörüntülərdə onun necə birdən-birə atlandığını və mikrafonu bir əlindən digərinə atdığını aydın görmək olar.

Bir müddətdən sonra Paşinyanı yenidən cərəyan vurub, lakin bu dəfə onun köməyinə mühafizəçiləri gəlib və mikrafonu ştativə bərkidiblər.

Bundan əvvəl o, mitinqdə çıxış zamanı Ermənistanın yenidən prezident idarəçilik formasına keçə biləcəyini bəyan edib. 

Paşinyanı mitinqdə çıxış edən zaman cərəyan vurub - VİDEO