Paşinyan əvvəlki təhlükəsizlik alətlərinin səhv olduğunu etiraf edib

Region
  • 15 sentyabr, 2025
  • 11:32
Paşinyan əvvəlki təhlükəsizlik alətlərinin səhv olduğunu etiraf edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ordu və hərbi-siyasi ittifaqların ölkənin xarici təhlükəsizliyi ilə bağlı boşluqların aradan qaldırılmasında əsas alətlər olması barədə təsəvvürlərin səhv olduğunu etiraf edib.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, o, bunu "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında bildirib.

"Lakin tarix bu formulanın işləmədiyini göstərdi – nə birinci, nə də ikinci halda. Üstəlik, birinci halda – hətta üç dəfə. KTMT Ermənistan kimi Azərbaycanı da qardaş ölkə hesab etdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi", – o qeyd edib.

N.Paşinyan vurğulayıb ki, ən mühüm institutlardan biri olan və sonradan milli təhlükəsizlik strategiyasının əsasını təşkil edən legitimlik təhlükəsizliyin təmin edilməsinin əsas alətləri sırasından çıxarılıb.

"2022-ci il oktyabrın 6-da Praqada son dərəcə vacib bir söhbət baş tutdu, burada biz Almatı Bəyannaməsinə əsaslandıq, orada dönüş nöqtəsi baş verdi. Ermənistan və Azərbaycan bu bəyannamə əsasında bir-birinin ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etdi", - baş nazir deyib.

Onun sözlərinə görə, məhz bu an dönüş nöqtəsi oldu və İrəvanın bütün təhlükəsizlik strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb oldu.

Son xəbərlər

Bütün Xəbər Lenti