Paşinyan: Yeni Konstitusiya layihəsini ekspertiza üçün Venesiya Komissiyasına göndərəcəyik
- 26 noyabr, 2026
- 13:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan hökuməti tərəfindən təqdim edilən yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlər üçün brifinqdə bildirib.
"Layihə bu suallara cavab verilməsi üçün Venesiya Komissiyasına göndəriləcək. Görək, o, cavab verəcəkmi", - Paşinyan müxalifətin yeni Konstitusiyanın bir sıra müddəalarının Ermənistanın Avropa İttifaqına daxil olması imkanını istisna etdiyi barədə iradlarına cavab verərkən bildirib.
O, həmçinin əgər parlament müxalifəti ilə konstitusiya islahatı ilə bağlı danışıqlar nəticə verməzsə, Ermənistanda növbədənkənar parlament seçkilərini elan etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Xatırladaq ki, Ermənistan hökuməti noyabrın 23-də yeni Konstitusiya layihəsini dərc edib.