Paşinyan: Ermənistan və Azərbaycan arasında müharibə üçün əsas yoxdur

Region
  • 15 aprel, 2025
  • 12:04
Paşinyan: Ermənistan və Azərbaycan arasında müharibə üçün əsas yoxdur

Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.

O əmindir ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir.

Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.

44 - Tezliklə