Papuaşvili: Brüsselin sanksiyalarla bağlı mövqeyi bipolyar pozğunluq nümunəsidir
- 30 oktyabr, 2025
- 12:58
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının Gürcüstanın Rusiyaya qarşı sanksiyalara əməl etməsi ilə bağlı yanaşmasını tənqid edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, spikerin sözlərinə görə, Brüssel bir tərəfdən Tbilisini sanksiyalara əməl etdiyi üçün tərifləyir, digər tərəfdən isə dezinformasiya yayan QHT-ləri maliyyələşdirir.
Papuaşvili qeyd edib ki, Gürcüstan hökumətinin nəzarət mexanizmləri effektiv işləyir və bu səbəbdən ölkə təriflərlə dəstəklənir. Lakin Brüsseldən gələn maliyyə dəstəyi dezinformasiyanın yayılmasına yönəldiyi halda ikili standart və bipolyar pozğunluğu göstərir.
O əlavə edib ki, Gürcüstan Rusiya ilə həmsərhəd olduğundan bəzi risklər qaçaqmalçılıqla bağlıdır, amma hökumət bu sahədə də nəzarəti təmin edir.