Beynəlxalq müşahidəçi: "Özbəkistanda seçkilərdə qanun pozuntusu görmədim"

Region
  • 09 iyul, 2023
  • 07:17
Beynəlxalq müşahidəçi: Özbəkistanda seçkilərdə qanun pozuntusu görmədim

Özbəkistanda növbədənkənar prezident seçkilərində səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.

“Report”un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə növbədənkənar prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilər bildirib.

Yaponiyanın “IM Corporation” şirkətinin nümayəndəsi Hiroyuki İto “Report”a açıqlamasında bildirib ki, bu, onun seçkilərdə müşahidəçi kimi ilk təcrübəsidir: "Seçkiləri izləmək mənim üçün çox maraqlıdır. Heç bir qanun pozuntusu görmədim".

Almaniyanın “Laurea Germania” konsaltinq şirkətinin rəhbəri Soren Kroll deyib: “Seçkilər demokratik və açıq şəkildə keçirilir".

Müxtəlif şirkət və təşkilatlardan olan beynəlxalq müşahidəçilər vətəndaşların təhlükəsiz və şəffaf səsvermələrinin təmin edilməsi üçün yaradılan şəraitlə tanış olurlar.

Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.

Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.

44 - Tezliklə