Özbəkistanda koronavirusa yoluxanların sayı 2 652-yə çatdı

Region
  • 15 may, 2020
  • 05:23
Özbəkistanda koronavirusa yoluxanların sayı 2 652-yə çatdı

Özbəkistanda daha 7 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma hallarının sayı 2 652-yə çatıb.

Mərkəzi Asiya ölkəsində virusa yoluxan 2 136 nəfər sağalsa da, 11 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 303 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

44 - Tezliklə