Özbəkistanda eks-prezidentin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri saxlanılıb

Region
  • 22 dekabr, 2018
  • 09:59
Özbəkistanda eks-prezidentin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri saxlanılıb
uz24.uz

Bakı 22 dekabr. REPORT.AZ/ Özbəkistanda eks-prezident İslam Kərimovun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, general-mayor Muicon Tohiri saxlanılıb.

Report "İnterfaks"a istinadən xəbər verir ki, Özbəkistan Baş Prokurorluğu bir sıra yerli KİV-lərdə onun həbs olunduğu barədə məlumatı təsdiqləyib.

"Muicon Tohiri həqiqətən saxlanılıb, ona qarşı istintaq tədbirləri aparılır", - qurumun mətbuat xidmətinin nümayəndəsi bildirib.

Baş Prokurorluğun nümayəndəsi əlavə məlumat verməyib.

44 - Tezliklə