Özbəkistanda AES-in tikintisi layihəsi hazırlanıb
Region
- 26 sentyabr, 2025
- 14:48
Özbəkistan tarixində ilk Atom Elektrik Stansiyasının (AES) layihəsi unikaldır, çünki bir meydançada həm yüksək, həm də aşağı gücə malik reaktorların yerləşdirilməsini nəzərdə tutur.
"Report" xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Jamşid Xocayev Moskvada World Atomic Week çərçivəsində çıxışı zamanı bildirib.
"Uzatom" agentliyinin mətbuat xidmətinin məlumatına görə, J.Xocayev qeyd edib ki, Cizak vilayətindəki meydançada hər biri 1000 MVt gücündə iki reaktor və hər biri 55 MVt gücündə iki reaktor inşa ediləcək.
Təxminən 525 hektar ərazidə yerləşəcək stansiyada 2035-ci ilədək ildə 15,2 milyard kVt.saat elektrik enerjisinin istehsal ediləcəyi gözlənilir ki, bu da ölkədə hazırkı ümumi enerji istehlakının 15 %-nə bərabərdir.
Son xəbərlər
03:07
ABŞ Nigeriyaya yenidən zərbələr endirə bilər
Digər ölkələr02:40
Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilir
Digər ölkələr02:24
Tacikistanda zəlzələ olub
Digər ölkələr02:17
İspaniya Superkubokunun finalçıları məlum olub
Futbol02:12
Tramp Maduronu əfv etmək niyyətində deyil
Digər ölkələr01:34
KİV: Danimarka ordusu müdaxilə halında dərhal atəş açmağa borcludur
Digər ölkələr01:18
Video
Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var - Yenilənib
Hadisə00:38
Tramp Qrenlandiya ilə NATO arasında seçim etməli ola biləcəyini etiraf edib
Digər ölkələr00:16