Özbəkistan prezidenti beyninə qan sızması nəticəsində reanimasiyaya yerləşdirilib

Region
  • 29 avqust, 2016
  • 09:58
Özbəkistan prezidenti beyninə qan sızması nəticəsində reanimasiyaya yerləşdirilib

Bakı. 29 avqust. REPORT.AZ/ Özbəkistan prezidenti İslam Kərimov beyninə qan sızması nəticəsində reanimasiyaya yerləşdirilib.

"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə prezidenti qızı Lola Kərimova-Tillyayeva "Instagram" və "Facebook"dakı səhifəsində yazıb.

O, İ.Kərimovun beyinə qan sızması diaqnozu ilə avqustun 27-də səhər saatlarında xəstəxanaya yerləşdirildiyini yazıb. Prezidentin qızı atasının gələcək vəziyyəti barədə proqnoz verməyin hələ tez olduğunu da sözlərinə əlavə edib.

44 - Tezliklə