​Oxot dənizində batan gəmidə ölənlərin sayı 62 nəfərə çatıb

Region
  • 11 aprel, 2015
  • 03:32
​Oxot dənizində batan gəmidə ölənlərin sayı 62 nəfərə çatıb

Bakı. 11 aprel. REPORT.AZ/ Oxot dənizində "Dalni Vostok" traulerinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. Ölənlər bu günə qədər itkin düşmüş hesab olunan beş Saxalin vilayəti sakinidir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Saxalin vilayətinin Sosial Müdafiə Nazirliyi məlumat verib.

"Dalni Vostok" trauleri aprelin 2-də Oxot dənizində Maqadanın 250 km canubunda batıb.

Gəminin göyərtəsində 132 nəfər olub.

Qəza nəticəsində itkin düşənlərin axtarışı davam etdirilir.