Baş nazirin müavini: Rusiya "Tramp marşrutu"nun yaradılmasında Ermənistanı dəstəkləyir
Region
- 15 avqust, 2025
- 11:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Əgər İrəvan Zəngəzur dəhlizinin ("Tramp marşrutu") yaradılmasını zəruri hesab edirsə, Rusiya bu məsələdə Ermənistanı dəstəkləyir.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini Aleksey Overçuk Qırğızıstanda jurnalistlərə bildirib.
"Ermənistan bizim strateji müttəfiqimizdir və əgər ölkə nəyinsə onlar üçün faydalı olduğunu hesab edirsə, biz, əlbəttə ki, bu məsələdə onu dəstəkləyirik. Əgər onlar hesab edirlərsə ki, Vaşinqtonda müvafiq bəyannamənin imzalanması daha çox təhlükəsizlik zəmanətləri verir, o halda bu yaxşıdır, çünki biz də Cənubi Qafqazda sülh proseslərini dəstəkləyirik, bu, bizim maraqlarımıza tam cavab verir", - o qeyd edib.
Son xəbərlər
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət