Oman və Türkiyə ildə 1 milyon ton LNG tədarükü barədə razılığa gəlib
Region
- 30 yanvar, 2023
- 19:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Omanın “Oman LNG” şirkəti və Türkiyənin “Botaş” şirkəti 2025-ci ildən başlayaraq Türkiyəyə ildə 1 milyon ton mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü haqqında müqavilə imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Oman LNG”nin tviter səhifəsində məlumat verilib.
“2025-ci ildən başlayaraq ildə bir milyon metrik ton LNG tədarükü üzrə “Botaş” şirkəti ilə müqavilə imzaladıq. Bu addım Omanın dünya miqyasında etibarlı enerji təchizatçısı kimi nüfuzunun və şirkətin yeni enerji bazarlarına daxil olmaq səylərinin gücləndirilməsinə töhfə verəcək”, - şirkətin məlumatında deyilir.
Dərc olunmuş infoqrafikadan müqavilənin 10 il müddətinə imzalandığını da görmək olar.
Оман и Турция договорились о поставке 1 млн тонн СПГ в год
Oman, Turkiye agree to supply 1M tons of LNG per year
Son xəbərlər
19:58
Ağdam Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
Daxili siyasət
19:52
Merts: Qətər Almaniyaya əlavə 15 milyard avro investisiya yönəldəcək
Digər ölkələr
19:47
Aİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıb
Digər ölkələr
19:32
Fərid Abdinbəyov: Azərbaycan Cənubi Qafqazda Koreyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır
Xarici siyasət
19:21
Cənubi Koreya Gəncədə "ağıllı istixana" layihəsini dəstəkləyəcək
Xarici siyasət
19:13
Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb
Hadisə
19:09
Foto
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Ağstafada təlim keçirilib
Din
19:07
Ekspert: "Onlayn dövlət xidmətləri üzrə 11-ci yerə yüksəlməyimiz xüsusilə önəmlidir"
İKT
18:59
Foto
"Eternity-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Hərbi