NATO-nun sabiq rəsmisi Gürcüstana səfir təyin olunduğunu təkzib edib
Region
- 23 iyul, 2019
- 06:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO baş katibinin keçmiş müavini Aleksandr Verşbou Gürcüstana səfir təyin olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.
“Gürcüstanın dostu və onun NATO-ya üzv olma yolunda səylərinin tərəfdarı olduğum üçün fəxr edirəm, lakin mən ABŞ səfiri təyin olunmamışam”, - deyə A.Verşbou yazıb.
Qeyd edək ki, Gürcüstan mətbuatı diplomatik mənbəyə istinadən ötən gün A.Verşbounun ABŞ-ın ölkəyə yeni səfiri təyin olunduğu barədə məlumat yayıb.
ABŞ-ın qonşu ölkədəki müvəqqəti işlər vəkili Ross Uilsonun səlahiyyət müddəti bu ilin may ayında başa çatıb.
Son xəbərlər
05:25
ABŞ-yə Rusiya dizeli daşıyan tankerlər marşrutlarını dəyişiblər
Digər ölkələr
04:54
Karik "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər
Futbol
04:15
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
Digər ölkələr
03:41
Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
Digər ölkələr
03:23
UFC rəhbəri Trampın mətbuat katibi olmaq təklifini rədd edib
Digər ölkələr
02:40
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Region
02:26
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
Digər ölkələr
01:57
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
Digər ölkələr
01:53
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
Digər ölkələr