KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
- 10 noyabr, 2026
- 02:26
Yeniliklərdən dərhal xəbərdar olun!
KXDR Hərbi Dəniz Qüvvələri 2027-ci ilin əvvəlindən yeni yüksək sürətli torpedalarla təchiz olunmağa başlayacaq.
"Report" xəbər verir ki, bu barədə yeni torpedo kompleksinin sınaqlarının nəticələrinə dair Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Yeni torpedo silah sistemi 2027-ci ilin əvvəlindən donanmanın silahlanmasına daxil ediləcək. Qeyd olunub ki, sınaq buraxılışı noyabrın 9-da Yapon dənizində həyata keçirilib.
Sınaq zamanı KXDR Müdafiə Elmləri Akademiyasının, Baş Raket İdarəsinin və Torpedo Silahları üzrə Tədqiqat İdarəsinin mütəxəssisləri respublikanın müdafiə elmi-tədqiqat müəssisələrinin birgə hazırladığı yeni sistemin döyüş effektivliyini yoxlayıblar.
Agentlik qeyd edib ki, sınaqlar silah texnologiyalarının təkmilləşdirilməsi üzrə planlı işlər çərçivəsində keçirilib. Torpedonun texniki göstəriciləri və sınaqların nəticələri açıqlanmayıb.