​NATO-nun baş katibi: "Türkiyə və Suriya sərhədindəki vəziyyətdən narahatıq"

Region
  • 18 may, 2016
  • 13:57
​NATO-nun baş katibi: Türkiyə və Suriya sərhədindəki vəziyyətdən narahatıq

Bakı. 18 may. REPORT.AZ/ "NATO Türkiyə və Suriya sərhədindəki vəziyyətdən narahatdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

O, Türkiyə ilə Suriya arasındakı vəziyyəti alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında müzakirə edəcəklərini söyləyib: "Əlbəttə, biz bir sıra hücumları müşahidə etmişik. Bu hücumlar nəticəsində orada dinc, günahsız insanların ölməsi (Suriyadan Türkiyə ərazisinə atılan raketlər nəticəsində həyatını itirən dinc sakinləri nəzərdə tutur - "REPORT" ) bizdə narahatlıq yaradır. NATO Türkiyə ilə həmrəydir".

Qeyd edək ki, xarici işlər nazirlərinin iclası mayın 19-20-də Brüsseldə keçiriləcək.