Natalya Qumenyuk: "Rusiya Ukraynada taktikanı dəyişib, əhaliyə hava zərbələri endirir"

Region
  • 18 aprel, 2023
  • 10:45
Natalya Qumenyuk: Rusiya Ukraynada taktikanı dəyişib, əhaliyə hava zərbələri endirir

“Rusiya qoşunları Ukraynanın cənub istiqamətində taktikanı dəyişib. Onlar əhaliyə hava zərbələri endirməyə başlayıblar”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

Onun sözlərinə görə, qarşı tərəf üçün quru mövqelərini tutmaq getdikcə çətinləşir: “Biz onları Dneprin sol sahilindən çıxarmışıq. Onlar bacara bilməyəcəklərini anlayırlar. Ona görə də taktikanı dəyişiblər”.

N.Qumenyuk bildirib ki, bütün bunlar klassik terrorizm nümunələridir: “Çünki bu hücumlar heç bir hərbi obyektə yönəlməyib. Həmçinin son üç gündə düşmən pilotsuz uçuş aparatları ilə hücumu intensivləşdirib”.

44 filmi