Moskvadan İrəvana gedən sərnişin avtobusu aşıb

Region
  • 25 iyun, 2017
  • 11:38
Moskvadan İrəvana gedən sərnişin avtobusu aşıb
Foto: 5-tv

Bakı. 25 iyun. REPORT.AZ/ Moskvadan İrəvana gedən avtobus Gürcüstan ərazisində aşıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan ictimai yayımının Birinci kanalı məlumat yayıb.

Qeyd olunur ki, insident Tbilisi - Teleti yolunda baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri sabitdir.