Moskvadakı erməni diplomatlar koronavirusa görə karantinə alındılar

Region
  • 21 aprel, 2020
  • 13:26
Moskvadakı erməni diplomatlar koronavirusa görə karantinə alındılar

Ermənistanın Rusiyadakı səfirliyinin bir neçə əməkdaşı koronavirusa görə karantinə alınıblar. Amma onların testinin nəticəsi mənfi olub. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu aprelin 21-də Ermənistan xarici işlər nazirinin müavini Avet Adons hökumətin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfirlik əməkdaşları Ermənistan vətəndaşları ilə təmas nəticəsində virusa yoluxublar: “Xaricdə olan vətəndaşlarımızdan yoluxduqları infeksiyanın simptomları barədə informasiyanı bir-birindən və səfirlik nümayəndələrindən gizlətməmələrini xahiş edirəm”.

Xatırladaq ki, aprelin 21-nə olan məlumata əsasən, Ermənistanda 1 401 nəfər virusa yoluxub, 24 nəfər pandemiyadan ölüb.