Moskva vilayətindəki hərbi hissədə atəş açan şəxs özünə qəsd edib - YENİLƏNİB
- 17 oktyabr, 2025
- 12:46

Moskva vilayətində hərbçi xidmət yoldaşını güllələyib, daha sonra özünə qəsd edib.
"Report"un Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu barədə Moskva Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
"Oktyabrın 17-də gecə saatlarında Moskva vilayətindəki hərbi hissənin ərazisində müşahidə postunda xidmət aparan hərbçi silahla davranış qaydalarını pozaraq müqavilə üzrə xidmət edən hərbçini ölümcül yaralayıb", - qurumdan bildirilib.
Qeyd edilib ki, hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
Digər təfərrüatlar açıqlanmayıb.
Moskva vilayətində müddətli xidmətə göndərilmiş əsgər hərbi hissədə yoldaşlarına atəş açıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
İlkin məlumatlara əsasən, iki nəfər həlak olub. Daha bir ağır yaralanan əsgər xəstəxanaya yerləşdirilib.