Moskva və Ankara enerji resurslarının Türkiyə bazarına tədarükünü müzakirə edib

Region
  • 28 fevral, 2025
  • 17:22
Moskva və Ankara enerji resurslarının Türkiyə bazarına tədarükünü müzakirə edib

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak və Türkiyənin energetika naziri Alparslan Bayraktar Rusiyanın enerji resurslarının Türkiyə bazarına çıxarılması və milli valyutalarda qarşılıqlı hesablaşmaların payının artırılması ilə bağlı məsələləri müzakirə ediblər. 

"Report" xəbər verir ki, bu barədə Rusiya hökumətinin məlumatında deyilir. 

Əsas müzakirə mövzusu neft, qaz, kömür, elektrik enerjisi və atom sənayesi sahələrində əməkdaşlıqla bağlı olub. Qeyd olunub ki, enerji sahəsində qarşılıqlı fəaliyyət Rusiya və Türkiyə arasında əməkdaşlı strateji istiqamətidir. 

“Tərəflər yanacaq-energetika sektorunda gələcək investisiya əməkdaşlığını, Rusiyanın enerji resurslarının Türkiyə bazarına tədarükü və milli valyutalarda qarşılıqlı hesablaşmaların payının artırılması ilə bağlı məsələləri, həmçinin “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinin gedişini müzakirə ediblər.