MDB XİNŞ-in növbəti iclası gələn il aprelin 7-də Daşkənddə keçiriləcək

Region
  • 16 sentyabr, 2016
  • 06:21
MDB XİNŞ-in növbəti iclası gələn il aprelin 7-də Daşkənddə keçiriləcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası gələn il aprelin 7-də Daşkənddə keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev Bişkekdə xarici işlər nazirlərinin geniş tərkibdə keçirilən iclasında bildirib.

"Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının gələn il aprelin 7-də Daşkənddə keçirilməsi qərara alınıb", - deyə o vurğulayıb.

Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının iclasına hazırlıq məqsədi daşıyan MDB Xarici İşlər Nazirləri Şurasının iclası hazırda Bişkekdə davam edir.

44 - Tezliklə