Maqdalena Qrono: Aİ tammiqyaslı sülhə doğru yolda Bakı və İrəvanı dəstəkləyir
- 20 noyabr, 2025
- 13:08
Avropa İttifaqı (Aİ) Bakı və İrəvanı tammiqyaslı sülhə və regional uğurlara gedən yolda dəstəkləyir.
"Report"un məlumatına görə, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono İrəvana ikigünlük səfərinin yekunları üzrə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
M.Qrono xatırladıb ki, İrəvana səfəri zamanı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslərlə danışıqlar aparıb.
"Ermənistanla Azərbaycan arasında sülh prosesi, Ermənistan-Türkiyə normallaşması, regional əməkdaşlıq, əlaqələr və humanitar gündəliyə dair məsələlər üzrə məzmunlu fikir mübadiləsinə görə minnətdaram. Eyni zamanda, vətəndaş cəmiyyəti nümayəndələri ilə maraqlı müzakirələrdə iştirak etməkdən məmnun oldum. Avropa İttifaqı öz tərəfdaşlarını - Ermənistan və Azərbaycanı - tammiqyaslı sülh və regional uğurlar yolunda dəstəkləyir", - o yazıb.