Makron Zelenski ilə “Zaporojye” AES-dəki vəziyyəti müzakirə edib

Region
  • 10 sentyabr, 2022
  • 16:10
Makron Zelenski ilə “Zaporojye” AES-dəki vəziyyəti müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı "Zaporojye" Atom Elektrik Stansiyasındakı (AES) vəziyyəti və Kiyevə yeni yardımı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

“Zaporijjya AES ətrafında vəziyyət ciddi narahatlıq doğurmaqda davam edir. Onlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) işini dəstəklədiklərini bildiriblər. İki ölkənin prezidentləri nüvə qurğularının təhlükəsizliyini təmin etmək üçün Rusiya qoşunlarının ərazidən çıxarılmasını tələb ediblər” - deyə, məlumatda vurğulanıb.