Mahaçqalada çoxmənzilli evdə partlayış olub, yaralananlar var

Region
  • 09 avqust, 2023
  • 08:05
Mahaçqalada çoxmənzilli evdə partlayış olub, yaralananlar var

Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın Sovetsk rayonunda çoxmənzilli evdə baş verən partlayış nəticəsində ikisi uşaq olmaqla 4 nəfər yaralanıb.

“Report” TASSa istinadən xəbər verir ki, bu barədə yerli bələdiyyə administrasiyasından bildirilib.

İlkin məlumata görə, hadisə məişət qazının partlaması nəticəsində qeydə alınıb.

Hadisənin səbəbi və şəraiti araşdırılır.