Mahaçqala hava limanında iğtişaşlar nəticəsində 9 polis yaralanıb

Region
  • 30 oktyabr, 2023
  • 05:37
Mahaçqala hava limanında iğtişaşlar nəticəsində 9 polis yaralanıb

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı hava limanında iğtişaşlar zamanı 9 polis əməkdaşı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında iğtişaşçılar Mahaçqala hava limanına soxulub. Təl-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.