Kvemo Kartlidə COVID-19-a yoluxma sayı 135-i ötdü

Region
  • 28 aprel, 2020
  • 09:23
Kvemo Kartlidə COVID-19-a yoluxma sayı 135-i ötdü

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində daha 13 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.

Onun sözlərinə görə, halların 5-i Bolnisi, 7-si Tetritsakro, 1-i isə Marneuli rayonunda qeydə alınıb: “Bölgədə koronavirusa ümumi yoluxma sayı 137-yə çatıb. Karantində 240, özünütəcriddə isə 300-dən çox şəxs var”.

44 - Tezliklə