Kreml: Rusiya və Ukrayna arasında ərazi mübadiləsi mümkünsüzdür

Region
  • 12 fevral, 2025
  • 10:40
Kreml: Rusiya və Ukrayna arasında ərazi mübadiləsi mümkünsüzdür
Dmitri Peskov

Rusiya və Ukrayna arasında ərazi mübadiləsi mümkün deyil.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu mümkün deyil", - o vurğulayıb.

"Rusiya heç vaxt öz ərazisinin mübadiləsini müzakirə etməyib və etməyəcək", - o vurğulayıb.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya birbaşa ərazi mübadiləsi - işğalçıların nəzarətində olan Ukrayna ərazilərinin müqabilində Kursk vilayətinin bir hissəsinin təklif etməyə hazır olduğunu açıqlayıb.