Krasnodar diyarında neft məhsulları rezervuarı alışıb, dron zərbəsi olduğu iddia olunur
Region
- 03 may, 2023
- 01:44
Rusiyanın Krasnodar diyarının Taman limanı yaxınlığındakı neft məhsulları rezervuarı alışıb.
“Report” xəbər verir ki, bu barədə regionun başçısı Viniamin Kondratyev teleqramda bildirib.
Onun sözlərinə görə, yanğına ən yüksək çətinlik dərəcəsi verilib. Region başçısı hadisə nəticəsində ölən və ya yaralananların olmadığını da vurğulayıb: “Alovun daha da yayılmasının qarşısını almaq üçün hər cür səy göstərilir. Kənd sakinləri üçün heç bir təhlükə yoxdur”.
Eyni zamanda, Rusiyanın yerli müharibə tərəfdarı teleqram kanalı “Kirill Fyodorov” alovlanmanın dron zərbəsi ilə əlaqələndirib: “02:30-da (Bakı vaxtı ilə 03:30 – red.) Ukraynaya məxsus pilotsuz uçuş aparatı Taman limanında “Tamannefteqaz” şirkətinin yanacaq çənini vurub”.
Son xəbərlər
10:03
Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
Region10:01
"Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb
Formula 110:00
ABŞ məhkəməsi CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişini bərpa edən qərar çıxarıb
Digər ölkələr10:00
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır
Maliyyə09:53
Naxçıvandakı sahibkarlar 8 ayda 5 milyon manatdan çox güzəştli kredit alıb
Biznes09:50
Foto
Ramin Məmmədov "Cümə" və "İmam Zaman" məscidlərini ziyarət edib
Din09:40
Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
Xarici siyasət09:39
Azərbaycan neftinin qiyməti 121 dolları keçib
Energetika09:36
Foto