Kobaxidze: Gürcüstan və Türkiyə ikitərəfli əməkdaşlığın inkişafını davam etdirmək niyyətindədir
- 22 sentyabr, 2026
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan və Türkiyə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını davam etdirmək niyyətini təsdiqləyiblər.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"BMT Baş Assambleyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Gürcüstan və Türkiyə arasında uzunmüddətli strateji tərəfdaşlığı müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliyimizi təsdiqlədik", - Kobaxidze qeyd edib.
Met with President @RTErdogan on the sidelines of #UNGA. We discussed the longstanding Georgia-Türkiye strategic partnership and reaffirmed our commitment to further strengthening bilateral cooperation across areas of mutual interest 🇬🇪 🇹🇷 pic.twitter.com/7TTinunc4U
— Irakli Kobakhidze (@PM_Kobakhidze) September 22, 2026