Kobaxidze: Gürcüstan ABŞ ilə strateji qarşılıqlı fəaliyyətə hazırdır

Region
  • 26 yanvar, 2026
  • 13:01
Kobaxidze: Gürcüstan ABŞ ilə strateji qarşılıqlı fəaliyyətə hazırdır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ABŞ ilə strateji qarşılıqlı fəaliyyətə hazır olduğunu bəyan edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə bildirib.

"Qərar vermək ABŞ tərəfinin üzərindədir. Təəssüf ki, Prezident Cozef Baydenin administrasiyası tərəfindən yaradılan Gürcüstan-ABŞ münasibətlərinin konteksti ağırdır. Görək bu fonda bizim münasibətlərimiz necə inkişaf edəcək. Biz səbrlə gözləyir və ABŞ ilə strateji tərəfdaşlığa hazır olduğumuzu bəyan edirik", - o bildirib.

"Bildiyimiz qədər, ABŞ vitse-prezidentinin bu səfəri Zəngəzur nəqliyyat dəhlizi ilə bağlıdır və burada diqqət Azərbaycan və Ermənistanadır", - ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycan və Ermənistana gözlənilən səfəri ilə bağlı sualı şərh edərkən Baş nazir bildirib.

Eyni zamanda o qeyd edib ki, Gürcüstan da Cənubi Qafqaz nəqliyyat dəhlizinin bir hissəsidir.