Gürcüstanda daxili işlər naziri Baş nazirin müavini təyin edilib

Region
  • 20 dekabr, 2024
  • 07:48
Gürcüstanda daxili işlər naziri Baş nazirin müavini təyin edilib
Vaxtanq Qomelauri

Gürcüstanın Baş naziri İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Qomelaurini baş nazirin müavini təyin edib.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, məlumatı hökumət administrasiyası yayıb.

Bu gündən Gürcüstan hökumətində Baş nazirin üç müavini var: baş nazirin birinci müavini iqtisadiyyat naziri Levan Davitaşvili, müavinləri isə Vaxtanq Qomelauri və müdafiə naziri İrakli Çikovanidir.