Kobaxidze: 10 illik sınaq müddəti Aİ-yə üzvlüyün dəyərini aşağı salır
- 24 noyabr, 2026
- 12:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqına (Aİ) yeni üzv olacaq ölkələr üçün 10 illik sınaq müddətinin tətbiqi təşəbbüsünü tənqid edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, o bu barədə Aİ səfirlərinin təşəbbüsünü şərh edərkən bildirib.
Hökumət başçısının sözlərinə görə, belə bir müddətin tətbiqi Aİ üzvlüyünün dəyərini və mahiyyətini əhəmiyyətli dərəcədə aşağı salır.
"10 illik sınaq müddəti Aİ üzvlüyünün əvvəldən axıra qədər devalvasiyası deməkdir. Bu, Avropa bürokratiyasının Avropa İttifaqının obyektiv maraqlarına uyğun hərəkət etmədiyini göstərir. Aİ üzvlüyünün belə devalvasiyasına başqa izah ola bilməz. Bu, yalnız yeni üzvlərə 10 illik sınaq müddətinin tətbiqi deməkdir", - İ.Kobaxidze qeyd edib.