KİV: "Gürcüstanın XİN başçısı dəyişir"
Region
- 29 dekabr, 2021
- 05:48
Gürcüstanın xarici işlər naziri David Zalkaliani gələn ayın ortalarında vəzifəsini tərk edəcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “Front News” nəşri yazıb.
Bildirilib ki, XİN vəzifəsinə parlamentin keçmiş sədri Kaxa Kuçava təyin olunacaq.
Nəşrin məlumatına əsasən, D.Zalkaliani Gürcüstanın ABŞ-da səfiri təyin olunacaq. Onun təyinatı haqqında aqremanın artıq Vaşinqtona göndərildiyi və razılığın alındığı qeyd edilib.
Səlahiyyət müddəti bitmək üzrə olan Gürcüstanın ABŞ-dakı hazırkı səfiri David Bakradzenin isə fəaliyyətini beynəlxalq təşkilatların birində davam etdirəcəyi bildirilib.
Qeyd edək ki, D.Zalkaliani 2018-ci ilin iyun ayından Gürcüstan XİN-ə rəhbərlik edir. O həmçinin bu ilin fevralından Baş nazirin müavinidir.
Son xəbərlər
21:19
"Sumqayıt" klubu Mamadi Banqreni transfer edib
Futbol21:11
Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb
Digər ölkələr21:00
Riqada Azərbaycan–Latviya münasibətlərinin inkişafı müzakirə edilib
Xarici siyasət20:57
Prezidentin köməkçisi: Azərbaycan və Meksika arasında sıx tərəfdaşlıq üçün böyük imkanlar var
Xarici siyasət20:51
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Xarici siyasət20:40
Hikmət Hacıyev: Azərbaycan-Meksika münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır
Xarici siyasət20:40
Video
Bayraktar: Bakı və Ankara enerji əməkdaşlığını reallaşdırma mərhələsinə çıxarır
Energetika20:35
Meksika Azərbaycanla təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
Xarici siyasət20:29
Foto