Azərbaycan üzgüçüləri Belarusdakı turnirin ilk günündə 2 medal qazanıblar

Fərdi
  • 06 noyabr, 2026
  • 13:50
Azərbaycan üzgüçüləri Belarusdakı turnirin ilk günündə 2 medal qazanıblar

Azərbaycanın üzgüçüləri Belarus Açıq turnirinin birinci günündə 2 medal qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən bildirilib.

Anastasiya Qnusina sərbəst üsul ilə 1500 metr məsafədə (17:22.09) gümüş, Fatimə Alkərəmova isə qarışıq üsul ilə 200 metr məsafədə (2:18.01) bürünc medala yiyələnib.

Qeyd edək ki, F.Alkərəmova və A.Rüstəmov həmçinin sərbəst üsul ilə 50 metr məsafədə (22.91) Azərbaycan rekordunu yeniləyiblər.

44 filmi