İslam Kərimovun mühafizə xidmətinin başçısı həbs edilib
- 24 dekabr, 2018
- 13:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 dekabr. REPORT.AZ/ Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun mühafizə xidmətinin başçısı vəzifəsində işləmiş general-mayor Muicon Tohiri korrupsiyada ittiham olunaraq həbs edilib.
“Report” CA-NEWS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, M.Tahirinin cinayəti ölkənin Gömrük Komitəsindəki fəaliyyəti ilə bağlıdır.
Məlumata görə, 55 yaşlı general-mayor 2018-ci il fevralın 13-də Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2016-cı il dekabrın 20-də təyin olunub. 2013-2016-cı illərdə İslam Kərimovun mühafizə xidmətinin başçısı olub. 2006-2008-ci illərdə Özbəkistan Milli Təhlükəsizlik Xidməti sədrinin müavini, 2008-2010-cu illərdə Təhlükəsizlik Şurası sədrinin müavini, 2010-2011-ci illərdə İslam Kərimovun dövlət müşaviri vəzifələrində işləyib.
Qeyd edək ki, İ.Kərimov 1991-ci il sentyabrın 30-dan 2016-cı il sentyabrın 2-dək Özbəkistanın Prezidenti olub.