İrəvanda etirazçılar Qarabağ separatçılarının sonuncu “Prezident Aparatının” rəhbərini döyüblər

Region
  • 20 oktyabr, 2023
  • 11:03
İrəvanda etirazçılar Qarabağ separatçılarının sonuncu “Prezident Aparatının” rəhbərini döyüblər

Ermənistanın paytaxtı İrəvan şəhərində etirazçılar Qarabağ separatçılarının sonuncu “prezidenti” Samvel Şahramanyanın əmisi oğlu, “Prezident Aparatının” rəhbəri Karen Şahramanyanı döyüblər.

“Report” xəbər verir ki, Qarabağdan Ermənistana köçmüş bir qrup erməni oktyabrın 20-də keçmiş qondarma rejimin İrəvandakı “nümayəndəliyi” qarşısında etiraz aksiyası keçiriblər.

Onlar baryerləri dağıdaraq binaya daxil olmağı bacarıblar. Etirazçılar Şahramanyanla görüşməyə cəhd etsələr də buna nail ola bilməyiblər. Buna cavab olaraq Samvel Şahramanyan binanın qarşısında meqafonla etirazçılara müraciət edib. Lakin onun sözlərini dinləyən olmayıb.

Etirazçılar Karen Şahramanyana hücum edərək onu döyüblər.

Nəcməddin Quluzadə

44 - Tezliklə