Əli əs-Sistani İranın ali rəhbərinə qarşı təhdidləri pisləyib
- 19 iyun, 2025
- 12:34
Yeniliklərdən dərhal xəbərdar olun!
İraqın ruhani lideri ayətullah Əli əs-Sistani İranın ali rəhbəri ayətullah Əli Xameneiyə qarşı təhdidləri pisləyib.
"Report" xəbər verir ki, bu barədə "Press-TV" telekanalı Əli əs-Sistaninin bəyanatına istinadən məlumat yayıb.
"İraqın ruhani lideri Əli əs-Sistani xəbərdarlıq edib ki, bu cür istənilən hərəkət vəziyyət üzərində nəzarətin itirilməsinə və geniş xaosa səbəb ola bilər", - telekanal bildirib.
Öz növbəsində “Al-Arabiya” qeyd edib ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ-ni İran-İsrail münaqişəsinə birbaşa müdaxilədən çəkinməyə çağırıb.
"Əgər ABŞ İsraili dəstəkləmək üçün fəal şəkildə müdaxilə etmək istəyirsə, İranın dərs vermək və özünü qorumaq üçün vasitələrdən istifadə etməkdən başqa seçimi olmayacaq", - o vurğulayıb.