İranın xarici işlər naziri nüvə məsələsi ilə bağlı danışıqlar aparıb

Region
  • 18 oktyabr, 2025
  • 20:20
İranın xarici işlər naziri nüvə məsələsi ilə bağlı danışıqlar aparıb

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə nüvə problemi ətrafında danışıqlar aparıb.

"Report" "Tehran Times"a istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Telefon danışıqlarında Misirin xarici işlər naziri Bədr Abdel Atı da iştirak edib.

Söhbət zamanı Abdel Ati İranın nüvə məsələsində hərtərəfli razılığın əldə edilməsi məqsədi ilə Tehran və Vaşinqton arasında danışıqların bərpası üçün şərtlərin hazırlanmasının vacibliyini vurğulayıb.

Əraqçi daha əvvəl vurğulayıb ki, İranın suveren hüquqları müzakirə olunmur və ölkə ona siyasi təzyiq göstərilməsinə imkan verməyəcək.

İranın baş diplomatı izah edib ki, İran nüvə silahlarının yayılmaması müqaviləsini imzalayan ölkə kimi bundan sonra yalnız bu müqavilə üzrə öz hüquq və öhdəliklərinə sadiq qalacaq.

Onun sözlərinə görə, bu, İranın nüvə proqramının miqyasına heç bir məhdudiyyəti əhatə etmir. BAEA ilə əməkdaşlıq yalnız Hərtərəfli təminatlar sazişi və İran İslam Şurası Məclisinin bu yaxınlarda qəbul edilmiş qanununa uyğun olaraq həyata keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti