İranda casusluqda ittiham olunan Fransa-Almaniya vətəndaşı sərbəst buraxılıb

Region
  • 08 oktyabr, 2025
  • 21:06
İranda casusluqda ittiham olunan Fransa-Almaniya vətəndaşı sərbəst buraxılıb

İranda casusluqda ittiham olunan Fransa-Almaniya vətəndaşı sərbəst buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot "X" səhifəsində yazıb.

Nazir 19 yaşlı Fransa-Almaniya vətəndaşı Lennart Monterlos İranda saxlanıldıqdan sonra vətənə qayıtdığını açıqlayıb.

Məlumata görə, o, Avropadan velosipedlə səyahət edirmiş. Lennart Monterlos İsraillə gərginliyin artdığı bir dövrdə ölkənin cənubundakı Bəndər-Abbasda həbs olunub.

Nazirin sözlərinə görə, Fransa İrandan Sesil Koler və Jak Parinin də azadlığa buraxılmasını tələb edir. Onlar bu ilin yayında İsrailə casusluq etmək ittihamı ilə həbs olunublar.

Son xəbərlər

Bütün Xəbər Lenti