İrakli Kobaxidze: Moldova ilə münasibətlərdə birtərəfli dostluq siyasətini qorumaq lazımdır
- 05 oktyabr, 2025
- 13:32

Moldova ilə münasibətlərdə birtərəfli dostluq siyasətini qorumaq lazımdır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyanın mərkəzi ofisində keçirilən brifinqdə Moldova Xarici İşlər Nazirliyinin Gürcüstandakı aksiyaları dəstəkləməsi ilə bağlı açıqlama verərkən deyib.
İ.Kobaxidze bildirib ki, Gürcüstan Moldova ilə birtərəfli dostluq rejimində qalmalıdır:
"Düşünürəm ki, biz birtərəfli dostluq rejimində qalmalıyıq. Moldovada faciəvi vəziyyət hökm sürür, onların Avropaya inteqrasiya arzusu var. Eyni zamanda, ölkədə yaşayan əhalinin 45 %-i referendumda yalnız Avropaya inteqrasiyanı dəstəkləyir. Korrupsiya iqtisadiyyatda fərqi 11 milyard dollara çatdırıb.
Biz 2022-ci ildə baş verənləri xatırlamalıyıq – Avropa İttifaqından olan bürokratlar Ukraynanın namizədlik üçün müraciətini təklif etdilər. Bu, həm Moldova, həm Gürcüstan üçün Avropa İttifaqınə inteqrasiya prosesinin inkişafına təkan verdi. Hesab edirik ki, 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına üzvlük üçün namizəd ölkələr arasında fərqlənəcək, proseslər davam edəcək", - İ.Kobaxidze deyib.