İrakli Kobaxidze: Aİ səfiri Tbilisi küçələrində baş verənləri pisləməlidir
- 04 oktyabr, 2025
- 22:58

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfirinə çağırış edərək bildirib ki, Tbilisi küçələrində baş verən hadisələrdən uzaq durmalı və onları qətiyyətlə pisləməlidir.
"Report"un yerli bürosu xəbər verir ki, Kobaxidze konstitusion quruluşu devirmək cəhdinə dəstək ifadə edən bəyanatlar fonunda səfirin xüsusi məsuliyyət daşıdığını vurğulayıb:
"Aİ-nin Gürcüstandakı səfirinin üzərinə xüsusi məsuliyyət düşür ki, çıxıb öz xoş arzularını ifadə etsin, ondan uzaqlaşsın və Tbilisi küçələrində baş verən hər şeyi qətiyyətlə pisləsin. Xaricdən konkret şəxslər konstitusion quruluşun devrilməsi cəhdinə birbaşa dəstək veriblər. Bunu nəzərə alaraq, səfir reaksiyasında birbaşa məsuliyyət daşıyır".
Kobaxidze həmçinin bildirib ki, xarici agentlər və diplomatlar öz fəaliyyətlərini düzgün çərçivədə icra etməli, hər hansı qanunsuz və ya zorakı hərəkətə dolayısı ilə dəstək verməməlidirlər. Baş nazirin sözlərinə görə, bu məsələ Gürcüstanın suverenliyi və ictimai sabitliyi üçün kritik əhəmiyyət kəsb edir.